Metsamor AES-də milyon dollarlıq mənimsəmə -Eks-direktor həbs edilir

Metsamor AES-də milyon dollarlıq mənimsəmə  -Eks-direktor həbs edilir
  02 Fevral 2023    Oxunub:969
Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) keçmiş baş direktoru 1 milyon dollardan çox pul mənimsəyib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
İstintaqın məlumatına görə, 2002-2014-cü illərdə baş direktor postunu tutan Qaqik Markosyan 380 milyon dramdan çox vəsaiti öz maraqları üçün "silib". Baş direktor xüsusən 2011-ci ildə əsassız olaraq Rusiyanın "NovEnergoProm" şirkətindən fantastik qiymətə (33,54 milyon rubl) natamam fitinqlər dəstini (14 ədəd) alıb.

Metsamor AES-i qeyri-peşəkarlar təmir edirmiş - İrəvandan etiraf
Bundan başqa AES 2015-ci ildə "Rusatom Service"dən 592 min dollara 37 ədəd tam komplekt məhul alıb.

Eks-direktora qarşı istintaq prosesi dekabrın 22-də prokurorluğun təşəbbüsü ilə başlayıb. İş Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq İdarəsinə göndərilib. Yanvarın 31-də isə Markosyana qarşı ittiham irəli sürülüb.

Qeyd edək ki, bu, Qaqikə qarşı açılan ilk cinayət işi deyil. Hələ 2016-cı ildə Markosyan və AES-in keçmiş rəhbərliyinin digər nümayəndələri xüsusilə irimiqyaslı mənimsəmədə ittiham olunurdular.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Metsamor   Ermənistan   Mənimsəmə  





Xəbər lenti