NYT: ABŞ NATO müttəfiqlərini Ukraynaya F-16-lar verməyə məcbur edir

      NYT:   ABŞ NATO müttəfiqlərini Ukraynaya F-16-lar verməyə məcbur edir
  02 Fevral 2023    Oxunub:482
ABŞ Avropa ölkələrini Ukraynaya F-16 qırıcıları tədarük etməyə məcbur edir.
Bu barədə "The New York Times" ın analitikləri Helen Kuper və Erik Şmitin nəşr üçün yazdıqları məqlalədə yer alıb. Müəlliflərin fikrincə daha əvvəl Vaşinqtonun F-16 qırıcılarını Ukraynaya göndərməyəcəyini bildirən ABŞ prezidenti Cozef Bayden ssenari üzrə hərəkət edir. ABŞ rəsmiləri öz aralarında onun təkzibinin müvəqqəti olduğunu deyirlər.

"Bəziləri deyirlər ki, Baydenin imtinası administrasiyanın F-16-ları daha sonra təhvil verməyi və ya daha çox ehtimal ki, başqa bir ölkəyə Amerika istehsalı olan F-16-ları Ukraynaya göndərmək imkanı verən razılaşmanı seçməsini istisna etmir. Bu baxımdan Danimarka və Niderland Qərb qırıcılarının mümkün tədarükçüləri hesab edilir".

Analitiklərin fikrincə Ukrayna, ABŞ və Vaşinqtonun NATO müttəfiqləri Kiyevə müasir silahların verilməsi məsələsinin həlli üçün standart taktika işləyib hazırlayıblar.

"Bayden administrasiyası Ukraynanın Avropa qonşularından eyni tipli silahları iki dəfə tez ala biləcəyinə səssizcə eyham vurmaqla yanaşı, yox deyir. Beləliklə, aylarla tərəddüddən sonra Bayden administrasiyası “hə” deyir və yeni silahların qapıları açılır. Bu ssenari Kiyevə Qərbin raketdən müdafiə sistemləri, piyadaların döyüş maşınları və tanklarının tədarükündə də edildi. İndi eyni şey döyüş təyyarələrində də baş verir".

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər:







Xəbər lenti