Qarabağda daha 218 mina aşkarlanıb

Qarabağda daha 218 mina aşkarlanıb
  02 Fevral 2023    Oxunub:514
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, yanvarın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə idə 157 mina və 523 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1504,56 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti