İrəvandan rəsmi etiraf: "İran döyüşlərdə bizə kömək etdi"

 İrəvandan rəsmi etiraf:  "İran döyüşlərdə bizə kömək etdi"
  01 Fevral 2023    Oxunub:1591
Bizdə olan kəşfiyyat məlumatlarına görə 2022-ci ilin sentyabrında baş verən döyüşlər zamanı Azərbaycan daha genişmiqyaslı hücumlara hazırlaşmışdı. AzVision.az xəbər verir ki, belə bir iddia ilə "Al-Monitor"a açıqlama verən Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan çıxış edib.
İrəvanın sərhəd təxribatlarına cavab olaraq Bakının reallaşdırdığı cavab tədbirlərindən danışan Kostanyan İranın erməni ordusunun arxasında durmasını gizlətməyib.

"İran bizə dost və mühüm tərəfdaş olan ölkədir"- Qriqoryan
Nazir müavini onu da iddia edib ki, rəsmi Bakının sərhəd təxribatlarına cavab tədbirləri sentyabrın 13-14-də başlayan hərbi əməliyyatlardan qat-qat böyük olmalı imiş. Kostanyanın fikrincə, Ermənistanın cənub qonşusu İranın müəyyən davranışları və ritorikası bu gərgin vəziyyətin daha da pisləşməsinin qarşısını almağa kömək edib.

Tehranın sentyabr döyüşlərində İrəvanın tərəfində durduğunu gizlətməyən diplomat İranın bu gün də Ermənistanın mühüm tərəfdaşı olduğunu xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, İran və Gürcüstanla olan sərhəd ölkəsi üçün xarici dünyaya açılan nəfəslik sayılır və mühüm əhəmiyyət kəsb edir.

Amma maraqlıdır ki, Tehranla hərbi-texniki əməkdaşlıq məsələlərinə toxunan Kostanyan İran silahlarının alınmasının İrəvanın planlarına daxil olmadığını bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   İrəvan  





Xəbər lenti