Bayden Polşaya səfərində Zelenski ilə görüşə bilər

Bayden Polşaya səfərində Zelenski ilə görüşə bilər
  01 Fevral 2023    Oxunub:690
ABŞ Prezidenti Cozef Bayden Polşaya planlaşdırılan səfəri əsnasında Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər.
Görüşün fevralın sonlarında Varşava və ya Jeşuv şəhərində baş tutacağı gözlənilir. Kiyevdəki mənbələrin məlumatına görə, Volodimir Zelenski görüşdə dinc nizamlama planını təqdim edəcək və Ukraynaya həsr olunan beynəlxalq konfransın təşkilinə çağıracaq.

Həmçinin görüşdə Ukraynaya təhlükəsizlik zəmanəti və əsirlərin dəyişdirilməsi məsələsi müzakirə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti