Saakaşvili həbsxanadan reanimasiyaya köçürülüb

Saakaşvili həbsxanadan reanimasiyaya köçürülüb
  31 Yanvar 2023    Oxunub:650
Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin səhhəti pisləşdiyi üçün reanimasiya şöbəsinə köçürülüb.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Qeyd edilir ki, eks-prezidenti nəzarətdə saxlayan həkimlər Saakaşvilinin həbsxanaya salınmasından sonra onun vəziyyətinin xeyli pisləşdiyini qeyd ediblər.

Eyni zamanda, sabiq prezidentin müalicə aldığı Tbilisi klinikası bu iddiaları rədd edib.

Qeyd edək ki, həbs edilən eks-prezident ötən ilin mayın 12-dən Vivamedi mülki klinikasında yatırdı. Saakaşvilinin səhhətində problemlər onun 50 günlük aclıq aksiyasından sonra başlayıb. O, həbs olunduğu gün, 2021-ci il oktyabrın 1-də aclıq aksiyasına start verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti