"Ermənistan gləcəkdə həyata keçirilən layihələrə qoşula bilər" - Çavuşoğlu

   "Ermənistan gləcəkdə həyata keçirilən layihələrə qoşula bilər" -    Çavuşoğlu
  31 Yanvar 2023    Oxunub:738
Türkiyə-Azərbaycan-Gürcüstan-İran üçtərəfli və dördtərəfli mexanizmləri regiona böyük üstünlük verəcək.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, gələcəkdə Ermənistan da həyata keçirilən layihələrə qoşula bilər.

"Orta Dəhliz gələcəkdə daha əhəmiyyətli olacaq"

Çavuşoğlu bildirib ki, Türkiyə bütün regional hadisələrə reaksiya verir: "Əfqanıstanda, Suriyad, Cənubi Qafqazda baş verənlər, Qarabağdakı hadisələr göstərdi ki, donmuş münaqişələr var və onlar partlayır. Biz dünyanın daha ədalətli olmasına çalışırıq".

AzVision.az


Teqlər:





Xəbər lenti