İctimai nəqliyyatda diferensial tariflər tətbiq olunacaq

İctimai nəqliyyatda diferensial tariflər tətbiq olunacaq
  31 Yanvar 2023    Oxunub:675
Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş iclasında sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılmasının zəruriliyi vurğulanıb.
AzVision.az bu barədə Şuraya istinadən xəbər verir.

Xatırladaq ki, iclasda daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti