"Ermənistanda daha bir qalmaqallı istefa reallaşacaq" - Joğovurd

   "Ermənistanda daha bir qalmaqallı istefa reallaşacaq" -    Joğovurd
  31 Yanvar 2023    Oxunub:818
Ermənistan parlamentinin aparat rəhbəri Vaan Naribekyan yaxın günlərdə istefa verəcək.
AzVision.az xəbər verir ki, bu barədə çərşənbə axşamı “Joğovurd” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, parlamentin hakim “Mülki müqavilə” fraksiyası yanvarın 30-da bağlı qapılar arxasında iclas keçirib. İclasda mükafatlarla bağlı tələblər və digər məsələlər müzakirə olunub.

Qapalı keçirilən iclasda deputat köməkçilərinə mükafatların verilməməsi, bu istiqamətdə olan mövzuların ümumiyyətlə bağlanması, parlamentin aparat rəhbərinin isə işdən uzaqlaşdırılması qərara alınıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti