Rusiya və Türkiyə qaz qovşağının təhlükəsizliyini müzakirə etməyə başlayıb

   Rusiya və Türkiyə qaz qovşağının təhlükəsizliyini müzakirə etməyə başlayıb
  28 Yanvar 2023    Oxunub:615
Rusiya və Türkiyə ekspertlər səviyyəsində qaz qovşağının təhlükəsizliyinin məsələlərini müzakirə edirlər.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov açıqlayıb.

"Birgə səylərin nəticəsi Rusiya prezidenti Vladimir Putinin Türkiyədə qaz qovşağı yaratmaq təşəbbüsü oldu. Hazırda bu ideyanın həyata keçirilməsinin müxtəlif aspektləri, o cümlədən incəlikləri ekspertlər səviyyəsində müzakirə olunur.Türk tərəfdaşlarının ruh yüksəkliyi, konstruktiv yanaşması və sıx birgə işi məmnunluq hissi ilə qarşıladıq”.

Xatırladaq ki, Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin ötən ilin oktyabrında keçirdikləri görüş zamanı Türkiyədə qaz qovşağının yaradılmasına dair razılığa gəliblər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti