İrandan növbəti təxribat - Tehranda anti-Azərbaycan mitinqi keçirildi

     İrandan növbəti təxribat -    Tehranda anti-Azərbaycan mitinqi keçirildi
  27 Yanvar 2023    Oxunub:1424
İranın paytaxtında Azərbaycan əleyhinə daha bir təxribat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, Tehranda Xankəndidəki separatçı rejimə dəstək xarakterli mitinq keçirilib.

İranda anti-Azərbaycan toplantısı - Bakı "qaniçən düşmən" adlandırıldı
Bu barədə "Daşnaksütyun"dan olan erməni deputat, “Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan məlumat yayıb. O, qondarma rejimlə bağlı mitinqə dair fotoları özünün Facebook səhifəsində paylaşaraq yazıb: “Bu gün Tehranda Qarabağdakı ermənilərə dəstək üçün böyük aksiya keçirilib. Mitinqdə "Artsax" "deputat"ı Qeqam Stepanyan və Ermənistandan olan deputat Aspram Krpeyan da çıxış ediblər".


Xatırladaq ki, yanvarın 23-də Tehranın Müqəddəs Sarkis kilsəsində Qarabağdakı qondarma rejim və ümumilikdə Azərbaycanın bu bölgəsində yaşayan ermənilərə dəstək toplantısı keçirilmişdi. Arxiyepiskop Sepuh Sarkisyan toplantıda sərsəm fikirlər səsləndirərək Azərbaycanı "qaniçən düşmən" adlandırmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Mitinq   Təxribat   Qarabağ  





Xəbər lenti