Qırğızıstanda pedofillərin cərrahi kastrasiyasına icazə verilib

Qırğızıstanda pedofillərin cərrahi kastrasiyasına icazə verilib
  24 Yanvar 2023    Oxunub:731
Joqorku Keneşinin (Qırğızıstan parlamenti-red.) profil komitəsi birinci oxunuşda pedofillərin cərrahi kastrasiyası haqqında qanun layihəsini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Qırğızıstan məlumat yayıb.

Qeyd edilir ki, sənəd xüsusilə, pedofiliyaya görə məhkum edilmiş şəxsin tibbi müayinədən və onun seksual xarakterli cinayətlərə meylinin müəyyən edilməsi üçün psixiatrik ekspertizadan keçirilməsini nəzərdə tutur.

Bundan əlavə, qanun layihəsində uşaqlara qarşı zorakılığa görə cəzaların sərtləşdirilməsi, müvafiq cinayətlərə görə cəzaların 20 ilədək artırılması və ya ömürlük həbs nəzərdə tutulur.

Ombudsman Atır Abdrahmatovanın belə bir qanuna qarşı çıxdığı qeyd edilir. Onun fikrincə, sənəd konstitusiyaya ziddir.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti