İki ildə beşinci parlament seçkisi

İki ildə beşinci parlament seçkisi
  24 Yanvar 2023    Oxunub:639
Bolqarıstan Sosialist Partiyasının hökuməti formalaşdıra bilməməsi səbəbindən ölkədə iki ildə beşinci parlament seçkiləri keçiriləcək.
AzVision.az Associated Press agentliyinə istinadla xəbər verir ki, Sosialist Partiyasının lideri Korneliya Ninovanın sözlərinə görə, onların və digər partiyaların işlək parlament formalaşdırmağa iradəsi çatmayıb.

Bundan öncə Nazirlər Kabinetinin formalaşdırılması üçün üç koalisiyaya mandat verilmişdi, lakin onların cəhdləri də uğursuz nəticələnmişdi. Bu səbəbdən parlament buraxılacaq, müvəqqəti hökumət qurulacaq və yenidən parlament seçkiləri keçiriləcək. Seçkilərin 2023-cü ilin aprelinə təyin olunacağı gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti