“Leopard” böhranı: 12 ölkə Almaniyanın cavabını gözləyir

    “Leopard” böhranı:    12 ölkə Almaniyanın cavabını gözləyir
  24 Yanvar 2023    Oxunub:1192
Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müttəfiqlərinin danışıqları zamanı 12 dövlət bu ölkənin Silahlı Qüvvələrinə 100-ə yaxın “Leopard 2” tankının göndərilməsi barədə razılığa gəlib.
Bu barədə diplomatik mənbəyə istinadən ABC telekanalı məlumat yayıb. Dövlətlərin nümayəndələri ağır silahların verilməsi üçün Almaniya hökumətinin təsdiqini yeganə şərt adlandırıblar.

Polşa, Finlandiya, İspaniya, Hollandiya və Danimarka Ukrayna Silahlı Qüvvələrinə silah təhvil verməyə razılaşan ölkələr sırasındadır. Lakin istehsalçı ölkə kimi Almaniyadan lisenziya almadan Ukrayna Silahlı Qüvvələrinə tank göndərə bilməzlər.

ABC telekanalına müsahibə verən bir ukraynalı rəsmi bildirib ki, Böyük Britaniyanın Ukraynaya 14 “Challenger 2” tankının təhvil verilməsini elan etməsi Almaniyanın Leopard 2-nin tədarükünə icazə verməsi üçün “simvolik jest”dir.

Almaniyanın Ukrayna Silahlı Qüvvələrinə ağır silahların tədarükü ilə bağlı qərarını gecikdirməsi Ukraynanın digər müttəfiqlərinin tənqidi reaksiyasına səbəb olub.

Yanvarın 22-də Polşanın baş naziri Mateuş Moravetski Almaniyanın mövqeyinin “qəbuledilməz” olduğunu və Almaniyanın Leopard tədarükündən imtina edəcəyi təqdirdə Polşa tərəfinin digər ölkələrlə birlikdə Ukraynaya kömək etmək üçün koalisiya yaradacağını bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti