"Tolerantlıq bəhanəsi ilə nifrət cinayətini ört-basdır etməyin"- Kalın

   "Tolerantlıq bəhanəsi ilə nifrət cinayətini ört-basdır etməyin"-    Kalın
  24 Yanvar 2023    Oxunub:309
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Haaqada ultrasağ radikalın müsəlmanların müqəddəs kitabı olan Quranın səhifələrini açıq şəkildə cırmasını anti-islam təxribatı adlandıraraq pisləyib.
“Heç kimin söz azadlığı və tolerantlıq bəhanəsi ilə faşizmin bu təzahürünü - nifrət cinayətini ört-basdır etməyə haqqı yoxdur. Avropa bu təhlükəli və “qaranlıq” tendensiyanı dayandırmalıdır”, - Kalın sosial şəbəkədə yazıb.

Kalın xatırladıb ki, Stokholmda daTürkiyə səfirliyinin yaxınlığında müqəddəs kitaba qarşı bənzər bir təhqir aktı baş verib.

Qeyd edək ki, şənbə günü Stokholmda Türkiyə səfirliyinin qarşısında keçirilən aksiyada sağ-ekstremist siyasətçi Rasmus Paludan Quranı yandırmışdı. O, bunun üçün İsveç hökumətindən rəsmi icazə almışdı.



Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti