"BRİKS ölkələri üçün vahid valyuta yaradılmalıdır" - Lavrov

   "BRİKS ölkələri üçün vahid valyuta yaradılmalıdır" -    Lavrov
  24 Yanvar 2023    Oxunub:1169
"BRİKS ölkələri uzaqgörən siyasət və hiylə ucbatından Qərbə və onun maliyyə mexanizmlərinə arxalana bilmir".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, BRİKS çərçivəsində hesablaşmalar üçün vahid valyutanın yaradılması zərurəti yaranıb.

“BRİKS ölkələri arasında hesablaşmalarda milli valyutaların payı artıq aktiv şəkildə artır. Artıq BRİKS ölkələrində öz valyutalarının yaradılması üzərində işləmək zərurəti ilə bağlı təşəbbüslər elan edilir.

Səbəb çox sadədir - hər an aldada bilən, öhdəliklərindən boyun qaçıra bilənlərin əlində olan mexanizmlərə etibar etmək olmaz”, - deyən nazir ilk növbədə ABŞ dollarını nəzərdə tutduğunu bildirib.

Onun fikrincə, Qərbin kobud şəkildə sui-istifadə etdiyi qloballaşma modeli çərçivəsində yaratdığı mexanizmlərin hökmranlığından maraqları qorumaq yollarını axtarmaq lazımdır.

Lavrov mətbuat konfransında deyib: “Mən ilk növbədə dolların rolunu nəzərdə tuturam.

Qeyd edək ki, BRİKS beş dövlətin dövlətlərarası ittifaq birliyidir. Bura Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika daxildir.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva bazar ertəsi ittifaq daxilində hesablaşmalarda istifadə üçün vahid valyuta MERCOSUR yaratmaq imkanları barədə düşünməyi təklif edib.

O xatırladıb ki, belə müzakirələr BRİKS tərəfindən aparılır. Braziliya prezidenti qeyd edib ki, belə valyutaların yaradılması dollardan asılılığı azaltmağa və ticarəti asanlaşdırmağa kömək etməlidir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti