Ukraynada vəzifəli şəxslər istefaya göndərildi

   Ukraynada vəzifəli şəxslər istefaya göndərildi
  24 Yanvar 2023    Oxunub:726
Ukraynada bir neçə vəzifəli şəxs istefaya göndərilib.
AzVision.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, Ukraynanın icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini İvan Luker, sosial siyasət nazirinin müavini Vitali Muzychenka, müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Vyaçeslav Şapovalov, Baş prokurorun müavini Oleksi Simonenko , Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko istefa verib.

Baş prokurorun müavini Oleksi Simonenko Volodimir Zelenskinin xaricə səfərlərdən, kurortlara getməkdən imtina edilməsi barədə tələbinə baxmayaraq, məzuniyyətinin on gününü İspaniyanın Marbella şəhərində keçirdiyi üçün vəzifəsindən azad olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti