Tehran yumşalır?- İranda qadınlar kişi yarışlarına gedə biləcəklər

      Tehran yumşalır?-    İranda qadınlar kişi yarışlarına gedə biləcəklər
  24 Yanvar 2023    Oxunub:713
Yaxın vaxtlarda iranlı qadınların kişi komandalarının iştirak etdiyi futbol yarışlarına baxması mümkün olacaq. AzVision.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının sədr müavini Mənsur Qənbərza məlumat yayıb.
O, iranlı qadınların bu arzusunun həyata keçirilməsi üçün hər cür səy göstərəcəyinə söz verib.

Qeyd edək ki, 1979-cu ildə İran İslam İnqilabından sonra qadınlar kişilərin oynadığı futbol matçlarında sərbəst iştirak edə bilmirlər.

"Biz söz veririk ki, Futbol Federasiyası ölkəmiz qadınlarının bu ədalətli arzusunun yaxın gələcəkdə həyata keçməsi üçün bütün səyləri göstərəcək", - İRNA Qənbərzadənin sözlərindən sitat gətirib.

İdman rəsmisi qadınların matçlara nə vaxt buraxılacağı ilə bağlı konkret tarix deməyib. Lakin belə icazənin FİFA və Asiya Futbol Konfederasiyasının tələbi olduğunu xatırladıb.

Qənbərzadə vurğulayıb ki, qadınların stadionda olması düzgün təşkil edilməli və bu proseslər futbol federasiyası ilə yanaşı, digər orqanlarla da razılaşdırılmalıdır.

Qeyd edək ki, son aylar İranda aktiv şəkildə qadın hüquqları ilə bağlı aksiyalar keçirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti