Estoniya Sankt-Peterburqu nişangahda saxlamağa qadir silah ala bilər

   Estoniya Sankt-Peterburqu nişangahda saxlamağa qadir silah ala bilər
  24 Yanvar 2023    Oxunub:658
Rusiyanın Tallinndəki səfiri Vladimir Lipayev Soloviev.Live proqramının efirində deyib ki, Estoniya Qərb tərəfdaşlarından Sankt-Peterburqu nişanda saxlaya biləcək silahlar ala bilər.
Onun sözlərinə görə, bunlar adi silahların ən müasir növləri ola bilər. “Estoniya fəal şəkildə silahlanır, bunun nə üçün olduğu bəlli deyil. Burada Sankt-Peterburqu nişangahda saxlamağa qadir olan adi silahların ən müasir növlərinin qoyulması nəzərdə tutulur. Orta mənzilli raket əleyhinə müdafiə sistemi də yaradılır”, - diplomat izah edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti