Zelenski daha bir mühüm kadrı vəzifədən uzaqlaşdırdı

  Zelenski daha bir mühüm kadrı vəzifədən uzaqlaşdırdı
  24 Yanvar 2023    Oxunub:994
Kirill Timoşenko Vladimir Zelenskinin ofis rəhbərinin müavini vəzifəsindən azad edilib. AzVision.az xəbər verir ki, bununla bağlı fərman Ukrayna prezidentinin saytında dərc edilib.
Qeyd edək ki, bir müddət öncə mətbuatda prezident ofisi rəhbərinin müavininin mümkün istefası ilə bağlı məlumatlar yayılmışdı. Timoşenko Telegram kanalında istefasını əks etdirən fotonu yerləşdirməklə bu şayələrin doğru olduğunu təsdiqləyib. İstefa ərizəsi yanvarın 23-də təqdim olunub. Eyni zamanda o, Zelenskiyə göstərdiyi etimada görə təşəkkür edib.

Ehtimal edilir ki, Timoşenkonun yerinə Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Aleksiy Kuleba gətirilsin.

Xatırladaq ki, ötən həftə Ukrayna prezidentinin aparatının müşaviri Aleksey Aretoviç də istefa vermişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti