Ukrayna münaqişəsi Almaniyaya 175 milyarda başa gələcək

   Ukrayna münaqişəsi Almaniyaya 175 milyarda başa gələcək
  23 Yanvar 2023    Oxunub:636
Almaniyanın 2023-cü ildə Ukrayna münaqişəsi səbəbindən itkiləri 175 milyard avro təşkil edəcək.
Bu barədə Almaniya İqtisadiyyatı İnstitutunun (IW) araşdırmasında deyilir. Materialda qeyd olunub ki, Ukrayna münaqişəsi ilə bağlı təhdidlər təxminən 175 milyard avro əlavə dəyərə başa gələcək ki, bu da qiymətlərə uyğunlaşdırılmaqla ÜDM-in təxminən 4,5%-nə barəbərdir.

Tədqiqatçıların hesablamalarına görə, Almaniya COVID-19 pandemiyası ilə bağlı itkilərlə yanaşı, 595 milyard avro itirəcək. Qeyd edilib ki, birbaşa sərvət itkisi ölkənin hər bir sakini üçün 2000 avro olaraq qiymətləndirilə bilər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti