Rusiya səfirləri Baltikyanı ölkələrdə olmayacaq

Rusiya səfirləri Baltikyanı ölkələrdə olmayacaq
  23 Yanvar 2023    Oxunub:367
Latviya hakimiyyəti Rusiya səfiri Mixail Vaninə ölkəni tərk etməyi tələb edib.
Bu barədə Latviyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. “Rusiyanın səfiri 2023-cü il fevralın 24-dək Latviyanı tərk etməlidir. Latviyanın Rusiyadakı səfiri də fevralın 24-dək Rusiyanı tərk edəcək", - nazirliyin rəsmi məlumatında deyilir.

Bundan əvvəl, yanvarın 23-də Estoniyanın Moskvadakı səfiri Marqus Laydre Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya xarici siyasət idarəsi Estoniya hakimiyyətinin fəaliyyəti ilə bağlı qəti etirazını bildirib və səfirin fevralın 7-də ölkəni tərk etməsi tələbini irəli sürüb.

Litva isə hələ ötən ilin yazında Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb. Rusiya səfirinə 2022-ci ilin aprelinədək Vilnüsu tərk etmək tapşırılıb.

AzVision.az

Teqlər:







Xəbər lenti