Britaniya İrana qarşı sanksiyaları genişləndirib

   Britaniya İrana qarşı sanksiyaları genişləndirib
  23 Yanvar 2023    Oxunub:684
Böyük Britaniya Baş prokurorun müavini Əhməd Fazelian da daxil olmaqla, İranın yüksək vəzifəli məmurlarına qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Bu gün Böyük Britaniya İranda rejimin rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edir. Bu sanksiyalar, Avropa İttifaqı və ABŞ-ın sanksiyaları ilə yanaşı, beynəlxalq ictimaiyyətin İran rejiminin, Böyük Britaniya və İran vətəndaşı Əlireza Əkbərinin edam edilməsi də daxil olmaqla, öz xalqına qarşı törətdiyi dəhşətli zorakılığı ümumi şəkildə pislədiyini nümayiş etdirir”, - bəyanatda bildirilir.

Sanksiyalar siyahısına İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri, İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müavini Hüseyn Nejat, “Bəsic” İslam xalq könüllüləri dəstəsinin komandanının müavini Salar Abnuş və Asayiş keşikçiləri qüvvələrinin komandanının müavini Qasem Rezai daxildir.

Bundan başqa, “Bəsic” İslam xalq könüllüləri dəstəsinə və “Bəsic” Kooperativ Fonduna da sanksiyalar tətbiq edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti