İstanbulda Avropanın ən sürətli metro xətti istifadəyə verildi

   İstanbulda Avropanın ən sürətli metro xətti istifadəyə verildi
  22 Yanvar 2023    Oxunub:905
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Avropanın ən sürətli metro xəttinin açılışını edib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 1 ay müddətinə metrodan istifadənin pulsuz olacağı elan olunub.

34 kilometrlik yeni metro xəttində 90-120 kilometr/saat sürətini yığmaq mümkün olacaq.

İnkişaf planına əsasən, xətt gələcəkdə 69 kilometrə çatdırılacaq.

AzVision.az





Teqlər:



Xəbər lenti