Baydenin evində daha altı məxfi sənəd tapılıb

   Baydenin evində daha altı məxfi sənəd tapılıb
  22 Yanvar 2023    Oxunub:888
ABŞ prezidenti Co Baydenin Delaver ştatının Uilminqton şəhərindəki evində axtarış aparılıb. Axtarış nəticəsində daha 6 məxfi sənəd tapılıb.
Dövlət başçısının vəkili Bob Bauer bildirib ki, Ədliyyə Nazirliyində aparılan axtarış 12 saata yaxın davam edib.

CNN xəbər verir ki, ələ keçirilən sənədlər cənab Baydenin senator və vitse-prezident kimi fəaliyyətinə aiddir. Həmçinin ekspertlər vitse-prezident vəzifəsində işləyərkən yazılmış əlyazma qeydlərini götürüblər.

Axtarışda prezidentin vəkilləri və Ağ Evin nümayəndələri iştirak edib, lakin prezidentin özü və həyat yoldaşı Cil olmayıb. Ədliyyə Nazirliyi vəkillərdən axtarışla bağlı məlumatı əvvəlcədən açıqlamamağı xahiş edib.

Qeyd edək ki, iki həftə ərzində Uilmingtondakı evdə məxfi sənədlərin tapılmasına dair bir neçə məlumat yayılıb. Sənədlər həmçinin qarajda da tapılıb.

Bundan əlavə, cənab Baydenin vaxtilə işlədiyi Vaşinqton beyin mərkəzində də məxfi sənədlər aşkarlanıb.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti