Zaxarova İŞİD-i "Kiyev rejimi” ilə müqayisədə sadəlövh uşaqlar adlandırıb

   Zaxarova İŞİD-i "Kiyev rejimi” ilə müqayisədə sadəlövh uşaqlar adlandırıb
  19 Yanvar 2023    Oxunub:812
Hətta İŞİD “Kiyev rejimi” ilə müqayisədə “sadəlövh uşaqlar” kimi görünür.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.

Belə ki, o, Ukrayna prezidentinin aparat rəhbəri Mixail Podolyakın bəyanatını şərh edib. Bikdirib ki, Rusiya Federasiyası ilə danışıqlarda Kiyev nümayəndə heyətinin üzvü Denis Kireyev Ukraynanın "güc strukturları arasında koordinasiya olmaması" səbəbindən öldürülüb.

Qeyd edək ki, Mixail Podolyak 2022-ci ilin fevralında Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyevin qətlinin münaqişənin ilk günlərində yaranmış çaşqınlıq nəticəsində baş verdiyini qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti