Mirzoyanı döyən, Paşinyanın arvadının qızıllarını oğurlayanlar saxlanılıb

   Mirzoyanı döyən, Paşinyanın arvadının qızıllarını oğurlayanlar saxlanılıb
  18 Yanvar 2023    Oxunub:752
Ermənistan Milli Təhlükəsizlik Xidməti 2020-ci ilin noyabrında kütləvi iğtişaşlarının 2 iştirakçısını saxlayıb.
AzVision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, cinayət işi A.B. və T.P. adlı Ermənistan vətəndaşlarına qarşı açılıb. Hər iki şəxs kütləvi iğtişaşlarda iştirakda və baş nazir Nikol Paşinyanın iqamətgahına qanunsuz daxil olmaqda ittiham olunur.

A.B. hazırkı XİN başçısı, o zamankı parlament spikeri Ararat Mirzoyanın döyülməsində iştirak edib.

T.P isə iğtişaşlarda iştirakla yanaşı, Baş nazirin iqamətgahında hökumət rəhbəri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana məxsus və 9,8 min dollar dəyərində zinət əşyalarını oğurlayıb.

Xatırladaq ki, İrəvanda 2020-ci il noyabrın 10-na keçən gecə Qarabağla bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanat imzalaması xəbərindən sonra kütləvi iğtişaşlar baş verib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti