Hindistan 2023-cü ildə əhalinin sayına görə Çini keçə bilər

 Hindistan 2023-cü ildə əhalinin sayına görə Çini keçə bilər
  18 Yanvar 2023    Oxunub:3838
Hindistan cari il ərzində əhalinin sayına görə Çini keçə bilər.
Bu barədə World Population Review statistik təşkilatının dərc etdiyi araşdırmada deyilir. Təşkilatın məlumatlarına görə, Hindistanın hazırda əhalisi 1 422 706 266 nəfər, Çinin isə əhalisinin sayı 1 425 831 275 nəfərdir. Bununla belə, əhali artımı baxımından Hindistan 2023-cü ildə dünyanın ən sıx məskunlaşdığı ölkə kimi Çini keçəcək. Tədqiqatın müəllifləri belə qənaətə gəliblər ki, 2023-cü ildə Çində əhalinin illik artım tempi mənfi 0,1%-dən mənfi 0,3%-ə düşəcək, Hindistanda əhalinin artım tempi isə 0,69%-dən 0,92 %-ə qədər yüksələcək.

Qeyd olunub ki, Hindistan əhalisinin sayı ən azı 2050-ci ilə qədər artmaqda davam edəcək. Proqnozlara görə, bu vaxta qədər Cənubi Asiya respublikasında 1 milyard 670 milyon 490 min nəfər yaşayacaq. Bundan başqa, Çinin əhalisi 2060-cı ilə qədər 1,2 milyard nəfərə qədər azalacaq. Lakin Hindistanın əhalisi o vaxta qədər 1,7 milyarda yüksələcək.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:



Xəbər lenti