Aİ Ukraynaya ilk 3 milyard avroluq makromaliyyə yardımını elan edib

   Aİ Ukraynaya ilk 3 milyard avroluq makromaliyyə yardımını elan edib
  17 Yanvar 2023    Oxunub:801
Avropa İttifaqı 18 milyard avroluq makromaliyyə yardımı proqramı çərçivəsində Ukraynaya 3 milyard avroluq birinci tranşın ayrıldığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə İsveçin maliyyə naziri Elizabet Svantesson İqtisadi və Maliyyə Məsələləri üzrə Şuranın iclasından əvvəl bildirib.

"Bu gün Ukraynaya 3 milyard avro ödənilir, mən bununla fəxr edirəm - bu, bizim birləşən zaman nəyə qadir olduğumuzu göstərir", maliyyə naziri qeyd edib.

Qeyd edək ki, yanvarın 1-dən İsveç Avropa İttifaqı Şurasına sədrlik etməyə başlayıb. İsveçin baş naziri Ulf Kristersson bildirib ki, Rusiya Federasiyasının təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstək dövlətin Aİ Şurasında sədrliyinin prioritetləri sırasında olacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti