Məlumata görə, işğalçılar Mariupol, Melitopol və Xersonda, eləcə də digər şəhərlərdə 30-dan çox muzeyi qarət edib və ya tamamilə dağıdıblar. Burada söhbət yalnız rəsmən sənədləşdirilmiş əsərlərdən gedir. Qeyri-rəsmi miqyasda oğurluqlar daha çoxdur. Bu, İkinci Dünya Müharibəsindən sonra ən böyük “sənət oğurluğu” hesab edilir”-, deyə, nəşr yazır.
Şahidlərin sözlərinə görə, rus hərbçiləri Xerson Regional İncəsənət Muzeyinin bütün eksponatlarını 4 gün içərisində "həşarətlər" kimi daşıyıb aparıblar.
Ukrayna prokurorları və muzey rəhbərlərinin məlumatına görə, ruslar təkcə Xersonda 15 mindən çox təsviri sənət əsəri və bənzərsiz eksponatları oğurlayıblar. Onlar elmi kitabxananı tamamilə qarət edib, parklardan bürünc heykəlləri çıxarıb, Yekaterinanın sevgilisi Qriqori Potemkinin 200 il əvvəldən qalmış sümüklərini qutuya yığıb aparıblar. Hətta heyvanxanalardan heyvanları da özləri ilə aparıblar.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


