İranda neft obyektlərini çəkən almanı həbs ediblər

   İranda neft obyektlərini çəkən almanı həbs ediblər
  17 Yanvar 2023    Oxunub:828
İranın hüquq-mühafizə orqanları Almaniya vətəndaşını saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə "Jam-e Jam" agentliyi məlumat yayıb. Qeyd edilir ki, o. çərşənbə axşamı ölkənin cənub-qərbindəki Xuzistan əyalətində strateji obyektlərin fotosunu çəkərkən yaxalanıb.

"Almaniya vətəndaşı Omidiya şəhərində neft obyektlərinin fotolarını çəkərkən saxlanılıb", - məlumatda deyilir. Agentlik təfərrüatları təqdim etməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  



Xəbər lenti