Balidə rusiyalı turistləri daşıyan avtomobil dərəyə aşıb

Balidə rusiyalı turistləri daşıyan avtomobil dərəyə aşıb
  16 Yanvar 2023    Oxunub:805
Bir qrup rusiyalı turisti Baliyə aparan avtomobil Bulelenq ərazisində təxminən 25 metr dərinlikdə olan dərəyə düşüb.
Bu barədə “Detik” nəşri Bulelenq polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Qede Sumarjayyuya istinadən yazıb. Onun sözlərinə qəzaya səbəb avtomobilin əyləc sistemində olan nasazlıqdır.

“Bu qəzada ölən yoxdur, lakin sərnişinlər və sürücü xəsarət alıb, onlar təcili xəstəxanaya çatdırılıblar”.

O əlavə edib ki, qəzada sürücünün yalnız qollarında və ayaqlarında sıyrıqlar olub, sərnişinlər isə daha ciddi xəsarət alıb. Bununla belə, onların həyatı üçün təhlükə yoxdur.


AzVision.az



Teqlər:



Xəbər lenti