Belarus Latviya və Litva ilə sərhədi pullu etdi

 Belarus Latviya və Litva ilə sərhədi pullu etdi
  12 Yanvar 2023    Oxunub:957
Vitebsk Vilayət Deputatlar Şurası Belarusun Latviya və Litva ilə sərhədini keçmək üçün rüsum müəyyən edib.
Müvafiq qərar ölkənin milli hüquq internet portalında dərc olunub. Sənədə əsasən, 2025-ci il yanvarın 1-dək Belarusun dövlət sərhədindən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin Vitebsk vilayətinin ərazisində yerli rüsum tətbiq ediləcək.

Ödəniş dərəcəsi bir baza vahidində müəyyən ediləcək. 2023-cü il yanvarın 1-dən baza dəyəri 37 Belarus rubludur. Qərar fevralın 1-dən qüvvəyə minəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti