Rəsmi Ankara "Görmürsünüz ki, Türkiyə sülh üçün çalışan yeganə ölkədir?!"

    Rəsmi Ankara "Görmürsünüz ki, Türkiyə sülh üçün çalışan yeganə ölkədir?!"
  11 Yanvar 2023    Oxunub:1228
"Türkiyədən Ukraynaya Amerika tipli kaset sursatlarının çatdırılması ilə bağlı xəbərlər Ankaranın sülh səylərinə zərbə vurmaq məqsədi daşıyan dezinformasiyadır". Bu barədə RİA Novosti-yə Türkiyə prezident administrasiyasındakı mənbə bildirib.
"Bizdən dezinformasiyaya münasibət bildirməyimizi xahiş edirsiniz. Görmürsünüz ki, Türkiyə sülh üçün çalışan yeganə ölkədir?! Prezident Ərdoğan hər iki liderlə danışa bilən, etibar edilən yeganə prezidentdir.

Bu cür məlumatlar sülh yolu ilə nizamlanma səylərimizə xələl gətirmək istəyənlərin maraqlarına xidmət edir”, - mənbə bildirib.

Daha əvvəl "Foreign Policy" ABŞ və Aİ nümayəndələrinə istinadən yazıb ki, Türkiyə 2022-ci ilin noyabr ayından Ukraynaya kassetli sursatlar tədarük edir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, bu xəbərlərin etibarlılığı barədə danışmaq çətindir.

Xatırladaq ki, rəsmi Ankara Rusiya-Ukrayna nizamlanmasında vasitəçilik rolunu oynamağa çalışır. Türkiyə Qərbin anti-Rusiya sanksiyalarına qoşulmur, lakin Ukraynanın ərazi bütövlüyünü müdafiə edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva ilə Kiyev arasında danışıqların ən yüksək səviyyədə təşkili üçün Rusiya və Ukrayna liderləri ilə dəfələrlə görüşlər keçirib, telefon danışıqları aparıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti