“Çempiona məğlub olduq”

  10 Aprel 2013    Oxunub : 655
 “Çempiona məğlub olduq”
Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim Madrid “Real”ı üzərində 3:2 hesablı qələbə ilə bitirən oyunçuları təbrik edib.
Baş məşqçi oyunçuların ikinci hissəni çox gözəl oynadığını və hər kəsi qürurlandırdıqlarını dilə gətirib:

“Bundan sonra da Real Madridə uğurlar diləyirəm. Qalatasaraya baş məşqçi təyin olunduğum zaman tərəfdarlarıma söz vermişdim. Meydanda mütləq qürur duyulacaq “bir oyun” ortaya qoyacağıq demişdim. Allaha çox şükür bu oyun baş tutdu. Oyunçularımızın alnından öpürəm”.

Fatih Terim onu da bildirib ki, arzu edirik ki, “Real” Çempionlar Liqasının qalibi olsun və biz “Çempiona məğlub olduq” deyə bilək.

Teqlər: