BMT atəşkəsi alqışladı

BMT atəşkəsi alqışladı
  05 Yanvar 2023    Oxunub:1052
BMT baş katibi Antonio Quterreş Milad bayramında Rusiya və Ukrayna arasında atəşkəs əldə olunmasını alqışlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Baş katibinin sözçüsü Stefan Dujarric brifinqdə deyib. O bildirib ki, atəşkəs Təşkilatın Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olan sülhü əvəzləməsə belə, bu addım Baş katib tərəfindən müsbət qarşılanır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, atəşkəs rejimi yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 00:00-dək davam edəcək.

Kreml həmçinin Ukrayna tərəfini atəşkəs elan etməyə və vətəndaşlara Milad mərasimlərində iştirak etmək imkanı verməyə çağırıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti