Gecə ovu: Ukrayna 26 İran “Şahid”ini məhv etdi
Məlumata görə, Ukrayna Kiyevdə 5 (beş), Dnepropetrovsk və Zaporejye vilayətləri üzərində isə 10 (on) İran dronunu vurub. PUA-lardan biri Holosiivski rayonunda inzibati binaya düşüb. Nəticədə bina qismən dağılıb, yaxınlıqda yerləşən yaşayış evlərinə ziyan dəyib. İnsan itkisi barədə məlumat yoxdur.
Xatırladaq ki, 2022-ci il dekabrın 29-na keçən gecə Rusiya hərbçiləri 13 “Şahid” kamikadze dronları ilə Xarkovun enerji infrastrukturunu hədəfə almışdı. Onlardan 11-i Ukrayna Müdafiə Qüvvələri tərəfindən vurulub.
Məhəmmədəli Həsənli
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


