Əmək müqavilələrinin imzalanması elektronlaşır

   Əmək müqavilələrinin imzalanması elektronlaşır
  29 Dekabr 2022    Oxunub:958
Əmək müqavilələrinin imzalanması artıq elektronlaşır.
AzVision.az xəbər verir ki, bu barədə Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov deyib.

O bildirib ki, növbəti ildən prosesə start veriləcək:

"İlkin olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt qurumlarının işçilərinin əməkdaşları ilə elektron Əmək müqavilələrinin bağlanması test rejimində həyata keçiriləcək. Bunun üçün elektron imza və SİMA-dan istifadə nəzərdə tutulub. Daha sonra Əmək müqavilələrinin elektron sistemdə bağlanması bütün ölkədə tətbiq ediləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti