“Zəfər” altsisteminə 230 mindən çox şəxsin məlumatı yerləşdirilib
O, cari ildə Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsinin 90,2 faizə çatdığını vurğulayıb.
K.Əkpərov bildirib ki, bu il Nazirliyin e-xidmətlərinə 9 milyondan çox, e-sosial.az portalına 11 milyona yaxın müraciət edilib. Növbəti ildə e-sosial portalının funksionallıqlarının daha da genişləndiriləcəyi diqqətə çatdırılıb.
2022-ci ildə ümumilikdə 310 mindən çox şəxsə e-sistemlər üzərindən proaktiv təyinat aparılıb. Növbəti ildən proaktiv təyinat sahəsinin daha da genişləndirilməsi üçün Nazirliyin e-sistemlərində aidiyyat üzrə inteqrasiya və təkmilləşmə işləri davam etdirilir.
Nazirliyin 30-dan çox e-arayış xidməti vasitəsilə bu il 530 min 631 e-arayış verilib.
K.Əkpərov bildirib ki, şəhid ailələri və müharibə iştirakçılarının hüquqlarının təmin edilməsi sahəsində çevik məlumat mübadiləsinə imkan verən elektron xidmətlərdən biri “Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib. 44 günlük Vətən müharibəsinin iştirakçısı olan və "Müharibə veteranı" adı verilmiş şəxslərə çevik şəkildə proaktiv təqaüd təyinatının aparılmasında da “Zəfər” altsistemi mühüm rol oynayıb".
Sosial dəstək proqramlarının icrası sahəsində proaktiv təyinat mexanizmlərinin tətbiqi işlərindən də bəhs olunub. Hazırda “Himayədar ailə”, “Fərdi Reabilitasiya və Abilitasiya altsistemi” , “ƏMAS” , “E-birja” habelə digər elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə işlər davam etdirildiyi və s. barədə də məlumat verilib.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


