Putin Kiriyenkonu Zaporojye AES-ə göndərdi
"Ən böyük diqqət stansiyanın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə, həmçinin AES-lərin etibarlılığının və məhsuldarlığının yaxşılaşdırılması üçün görülən tədbirlərə, habelə "Rosatom" işçilərinin iş şəraitinə yönəldilib".
Kiriyenkonun Zaporojye AES-ə səfərinin fotosu da yayıllıb.
Qeyd edək ki, Zaporojye AES martın 4-dən rusların nəzarətindədir. AES Avropanın ən böyük atom elektrik stansiyasıdır, altı enerji blokuna malikdir. Müharibədən öncə əvvəl Ukraynada elektrik enerjisinin təxminən beşdə birini təmin edirdi.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


