Milli Dram Teatrında “Əmir Teymur”un premyerası olacaq

Milli Dram Teatrında “Əmir Teymur”un premyerası olacaq
  15 May 2014    Oxunub:1246
Mayın 20-də Akademik Milli Dram Teatrında Hüseyn Cavidin “Topal Teymur” dramı əsasında Mehriban Ələkbərzadənin hazırladığı “Əmir Teymur” tamaşasının premyerası olacaq.
Teatrdan AzVision.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Aygün Səmədzadədır. Rəqs və döyüş səhnələrini əməkdar artist Pərviz Məmmədrzayev qurub.

Quruluşçu rejissor, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Əmir Teymur rolunu xalq artisti Nurəddin Mehdixanlıya həvalə edib. Digər rollarda xalq artisti Rafiq Əzimov (Şeyx Buxari), əməkdar artistlər Mətanət Atakişiyeva (Dilşad), Kazım Həsənquliyev (Divan bəyi), Münəvvər Əliyeva (Meliça), Elşən Rüstəmov (Əlipaşa), Kazım Abdullayev (Şair Kirmani), aktyorlar Rövşən Kərimduxt (Aqbuğa), Anar Heybətov və başqaları iştirak edirlər.


Teqlər:  





Xəbər lenti