“Etirazçılara qarşı təxribat törədilə bilər” – Millət vəkili

   “Etirazçılara qarşı təxribat törədilə bilər” –    Millət vəkili
  22 Dekabr 2022    Oxunub:1686
“Etirazlar davam etməlidir. Ancaq bundan sonra təxribatlardan da ehtiyatlı olmalıyıq. Çünki qarşımızda hiyləgər düşmən dayanıb. Ermənilərdən hər cür təxribatı gözləmək olar. Onlar çalışacaqlar ki, hər yola əl atsınlar. Hansısa rus hərbçisinə qarşı sui-qəsd belə hazırlayıb, bunu dinc etirazçıların üstünə ata bilərlər”.
Bunu “AzVision”a açıqlamasında Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov deyib. O düşünür ki, hətta ermənilər aksiya iştirakçılarına qarşı da nələrsə planlaya bilərlər. “Əminəm, onlar müxtəlif variantlar üzərində işləyirlər”,- millət vəkili vurğulayıb.


“Ya bizim üçün monitorinqlərə şərait yaradılsın, ya da sonda Azərbaycan ordusu digər dövlət qurumları ilə birlikdə sözügedən ərazilərə daxil olacaq. Arayik, Ruben və digər separatçılar isə həbs edilərək əməllərinə görə cavab verməlidirlər. Başqa yol yoxdur”,- deputat qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Etiraz   Xankəndi  



Xəbər lenti