Kənd tibb və kənd həkim məntəqələri yenidən qurulacaq

   Kənd tibb və kənd həkim məntəqələri yenidən qurulacaq
  20 Dekabr 2022    Oxunub:1217
“TƏBİB-in tabeçiliyində olan tibb müəssisələrində çox sayda ailə tibb mərkəzləri, kənd tibb və kənd həkim məntəqələri mövcuddur. Onların hazırda xəritəsi hazırlanır və bu proses bitmək üzrədir”.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlanasında bildirib.

O bildirib ki, həmin tibb müəssisələrinin təmir vəziyyətləri, əhaliyə göstəriləcək xidmətin səviyyəsini artırmaq üçün onlarla bağlı layihələr hazırdır:

“Ailə sağlamlıq mərkəzləri, kənd tibb və kənd həkim məntəqələrinin yenidən qurulması, orada həkim, orta tibb işçisinin yerləşdirilməsi, onların fəaliyyətinin təmin olunması ilə bağlı layihələr artıq hazırlanıb. Bunların gələn ildən tətbiqinə başlanılacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti