BDU-nun korpusu təmirə bağlanır- Tələbələr köçürüləcək

   BDU-nun korpusu təmirə bağlanır-    Tələbələr köçürüləcək
  16 Dekabr 2022    Oxunub:1095
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusu təmirə bağlanacaq.
AzVision.az xəbər verir
ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, 2-ci korpus təmirlə əlaqədar 1 semestrlik bağlanacaq.

Bu müddət ərzində universitetin sözügedən korpusunda təhsil alan birinci və üçüncü kurs tələbələri Odlar Yurdu Universitetinə, ikinci və dördüncü kurslar isə Təfəkkür Universitetinə tədrislərinə davam etdirəcəkləri bildirilir.

BAKU.WS məsələ ilə bağlı universitetlə əlaqə saxlayıb. Təhsil ocağının mətbuat xidmətindən bildirildi ki, 2 saylı korpusun təmir etdirilməsi məsələsi gündəmdədir. Lakin hələlik nə təmirin vaxtı, nə də tələbələrin hara köçürüləcəyi məsələsi dəqiq deyil.


Teqlər:



Xəbər lenti