Azərbaycanda milli süni intellektual strategiyası hazırlanır

   Azərbaycanda milli süni intellektual strategiyası hazırlanır
  16 Dekabr 2022    Oxunub:795
Milli süni intellektual strategiyasının hazırlanması üzərində iş gedir. Prosesə dəstək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin laboratoriyası və Türkiyə Rəqəmsal Transformasiya ofisinin təcrübəsindən isyifadə olunur.
AzVision.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva mətbuat konfransında deyib. Onun sözlərinə görə, strategiyanın 2023-cü ildə hazır olması planlaşdırılır.

İ.Vəliyeva bir çox dövlət qurumlarının rəqəmsal transformasiya ilə bağlı yol xəritəsinin müəyyənləşdirilməsi istiqamətində görülən işlərdən də danışıb:

"İndiyə qədər bir çox dövlət qurumları bu istiqamətdə müəyyən iş görüb. Lakin bu, onların öz təşəbbüsünə bağlı olub və məqsəd doğru olmayıb. Biz dövlət qurumlarına dəstək olaraq yol xəritəsini müəyyən edə bilərik. Bu istiqamətdə Energetika Nazirliyi ilə proses bitib və müzakirə mərhələsindədir. Digər nazirliklər də var ki, öz növbəsini gözləyir".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti