2023-cü il "Formula 1" Azərbaycan Qran Prisi üçün bilet satışına başlandı
"Biz Bakı Şəhər Halqası olaraq, möhtəşəm avtoidman yarışını Azərbaycan vətəndaşları üçün daha da alçatan etmək istədik. Belə ki, həmvətənlərimiz və ölkəmizin rezidentləri Bakı yarışına biletləri beynəlxalaq qiymətlərlə müqayisədə 2 dəfəyədək sərfəli qiymətlərlə əldə edə biləcəklər. Bu il daha çox yerli azarkeşin F1 yarış həyəcanını yaşaması və Dənizkənarı Milli Parkda əyləncələrdən zövq alması üçün erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığında təklif olunacaq. Fürsətdən istifadə edərək, avtoidman həvəskarlarını bu kampaniyadan vaxt itirmadən faydalanmağa dəvət edirik."- S.Gülmalıyev əlavə edib.
BŞH-nin milli mətbuat katibi Turab Teymurov qeyd edib ki, 28-30 aprel tarixlərində baș tutacaq Formula 1 Qran Prisinə ölkəmiz 7-ci dəfə ev sahibliyi edəcək:
"Builki yarışda ilk dəfə olaraq, paytaxt Bakıda azarkeşlərin həyəcanla izlədiyi F1 Sprint yarşı baş tutacaq. Bu, mövsümün ilk F1 Sprint yarışıdır və qürur hissi duyuruq ki, bu yarışın baș tutacağı altı ölkə arasında Vətənimiz də təmsil olunur. Yarış həftəsində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumat mütəmadi olaraq azarkeşlərin və ictimaiyyətin diqqətinə çatdırilacaq".
Biletləri BȘH-nin rəsmi veb səhifəsindən www.bakucitycircuit.com və ya aşağıdakı yerli satış
məntəqələrindən əaldə etmək mümkündür:
"28 Mall", "Gənclik Mall", Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4 və ASAN Sumqayıda satılacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 28 - 30 apreldə olacaq.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


