Avropa Parlamentinin vitse-prezidenti həbs edildi

   Avropa Parlamentinin vitse-prezidenti həbs edildi
  10 Dekabr 2022    Oxunub:676
Belçika Federal Prokurorluğu Avropa Parlamentinin vitse-prezidenti Eva Kailini saxlayıb.
Belçikanın RTV telekanalının verdiyi məlumata görə o, korrupsiyada şübhəli bilinir.

Bundan əlavə, polis Brüsseldə 16 yerdə reyd keçirərək daha 4 nəfəri həbs edib. Bu əməliyyat Qətər tərəfindən mümkün rüşvətxorluqla əlaqələndirilir. Polis Kailinin köməkçisini də dindirib.

Bəzi məlumatlara görə, hazırda dünya çempionatına ev sahibliyi edən Qətər külli miqdarda pul verməklə Avropa Parlamentinin qərarlarına təsir göstərməyə çalışıb. Axtarışlar zamanı müstəntiqlər ümumilikdə 600 min avroya yaxın nağd pul, külli miqdarda kompüter avadanlığı və bir neçə mobil telefon götürüblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti