Rusiya İranı silahlandırır - Amerikadan xəbərdarlıq

   Rusiya İranı silahlandırır  -    Amerikadan xəbərdarlıq
  10 Dekabr 2022    Oxunub:1278
PUA-ların, kamikadze dronların (xüsusilə Şahed-136) müqabilində Rusiya İrana “görünməmiş səviyyədə” hərbi-texniki dəstək göstərir.
Rusiya İrana özünün ən son silahlarını - helikopterlərini, hava hücumundan müdafiə sistemlərini göndərəcək. Bu barədə NBC telekanalına ABŞ prezidenti Co Baydenin administrasiyasındakı mənbədən məlumat verilib.

Qeyd olunub ki, "ötən yaz iranlı pilotlar Rusiyada Su-35 qırıcılarını idarə edə bilmək üçün təlim keçiblər. Bu, İranın gələn il ərzində Rusiyadan həmin təyyarələri almaq niyyətindən xəbər verir".

Administrasiyanın yüksək rütbəli rəsmisi bildirib ki, "Bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, İranın regiondakı qonşuları üçün də təhlükə yaradır. Biz məsələ ilə bağlı bütün müttəfiqlərimizi, eləcə də Yaxın Şərqdəki tərədaşlarımızı məlumatlandırmışıq".

Moskva hələ də İrandan pilotsuz uçuş aparatları (PUA) aldığını boynuna almır. Tehran uzun müddət inkar etsə də, sonradan Rusiyaya müəyyən sayda PUA çatdırıldığını etiraf etdi, ancaq bildirdi ki, aparatları müharibə başlamazdan əvvəl göndərib. Pilotsuz təyyarələrin döyüş meydanından tapılan fraqmentləri Iranın yalanlarını ifşa edib.

M.Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti