"Rusiya qabaqlayıcı nüvə zərbəsi endirə bilər" - Putin

 "Rusiya qabaqlayıcı nüvə zərbəsi endirə bilər" -    Putin
  09 Dekabr 2022    Oxunub:655
"Rusiya qabaqlayıcı nüvə zərbəsi endirə bilər". AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O, Qırğızıstan sammitindən sonra jurnalistlərə açıqlamasında bu məsələnin hərbi doktrinaya salınmasının mümkünlüyünü bildirib.
-Əgər biz silahsızlaşdırma zərbəsindən danışırıqsa, bəlkə elə amerikalı tərəfdaşlarımızın yanaşmalarından istifadə edək- deyən Putin, ABŞ-ın qabaqlayıcı zərbə məqsədilə yüksək dəqiqlikli raketlərdən istifadə strategiyasına eyham vurub.

Rusiya Prezidenti bir müddət əvvəl ölkəsinin nüvə silahından yalnız özünə qarşı nüvə zərbəsinə cavab vermək üçün istifadə edəcəyini demişdi.

O, oktyabrın 18-də Soçidə keçirilən beynəlxalq siyasi forumda bildirmişdi ki, Moskva “qabaqlayıcı nüvə zərbələri”ni istisna edir.

“Bizim strategiyamız qabaqlıyıcı zərbəni nəzərdə tutmur. Konsepsiyamız yalnız hücuma məruz qalan zaman zərbə endirməkdir. Rusiya ərazisinə hücumun gözlənildiyi, bunun bir neçə saniyəyə baş verəcəyindən əmin olunca cavab zərbəsi endirəcəyik”, – Putin demişdi.

Qeyd edək ki, Rusiya artıq “Xəncər” hisepsonik raketini sınaqdan keçirib. “Avanqard” adlı yeni silahı isə bir neçə aya işə salınacaq.

M. Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti