Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  13 May 2014    Oxunub:1190
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az verilən məlumata görə,
mayın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-19, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Aran rayonlarında havanın temperaturunun gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti